Ronaldo 13 il sonra bunu da yaşadı
İtaliya A Seriyasında 2018/19 mövsümünə yekun vurulub.
Komanda.az xəbər verir ki, “Sampdoriya”nın hücumçusu Fabio Kvalyarella 26 qolla cari mövsümün bombardiri olub. İkinci pillədə 23 qolla “Atalanta”dan Duvan Zapata, 3-cü pillədə isə 22 qolla “Milan”dan Kşiştof Pyontek yer alıb.
“Yuventus”un hücumçusu Kriştiano Ronaldo isə 4-cü sırada yer alıb. Portuqaliyalı hücumçu A Seriyasında cari mövsümü 21 qolla tamamlayıb. Ronaldo, son 13 ildə ilk dəfə iştirak etdiyi çempionatlarda mövsümü bombardirlər siyahısında ilk 3-lükdən kənarda tamamlayıb. 34 yaşlı hücumçu son dəfə 2006-cı ildə, “Mançester Yunayted”in heyətində bir mövsümdə 9 qol vuraraq, bombardirlər siyahısında ilk 3-lüyə düşə bilməmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin