Ronaldo – 10!

Portuqaliyada 2019-cu ilin ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu mükafata “Yuventus”un futbolçusu Kriştiano Ronaldo layiq görülüb. Ronaldo karyerasında 10-cu dəfə Portuqaliyanın ən yaxşı oyunçusu seçilib.

Ronaldo 2019-cu ildə “Yuventus”la İtaliya A Seriyasının, Portuqaliya yığmasında isə UEFA Millətlər Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button