Runi Ronaldonu “iştirak ərizəsi”nə salmadı
İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi özünün simvolik komandası haqda danışıb.
Komanda.az “sportstar”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın keçmiş futbolçusu, Lionel Messi, Harri Keyn və Kriştiano Ronaldo barədə fikirlərini bildirib. Runi, bu üç futbolçudan yalnız Messini öz simvolik komandasında əsas heyətdə gördüyünü deyib:
“Messi, Keyn, Ronaldo üçlüyündən hansı mənim simvolik komandama daxil olardı? Mən Messi ilə başlayıb, Harri Keyni ehtiyat oyunçular skamyasında buraxardım. Ronaldo isə öz klubunda oynamadığı üçün iştirak ərizəsindən kənarda qalardı”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin