Ronaldo “Əl Nəsr”dən ayrılmaq istəyir – Madridə qayıtmağı düşünür

“Əl Nəsr”ın hücumçusu Kriştiano Ronaldo klubu tərk edərək, Madridə qayıtmaq niyyətindədir.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, Ronaldo Səudiyyə Ərəbistanına və ölkənin mədəniyyətinə uyğunlaşmaqda çətinlik çəkib. Üstəlik, portuqaliyalı forvard yerli dili də bilmir. Ronaldo 9 ilini “Real” formasında keçirdiyi Madridə qayıtmaq niyyətindədir.

Həmçinin bildirilir ki, “Real”ın prezidenti Florentino Peres Ronaldoya kluba səfir kimi qayıtmağı və ya Madrid təmsilçisinin idman rəhbərliyində vəzifə təklif etməyə hazırdır.

Kriştiano bu ilin əvvəlində “Əl Nəsr”a keçib. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir.

38 yaşlı futbolçu bu mövsüm Səudiyyə Ərəbistanında 12 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button