Ronaldinyonun oğlundan 6 illik müqavilə
“Barselona”nın sabiq futbolçusu Ronaldinyonun oğlu Joao Mendes Braziliya klubuyla razılığa gəlib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 14 yaşlı futbolçu “Kruzeyro” ilə 6 illik müqavilə imzalayacaq. Mendes “Kruzeyro”nun gənclərdən ibarət komandasında çıxış edəcək.
Ronaldinyo peşəkar futbolçu karyerasını 2018-ci ildə bitirib. 2003-2008-ci illərdə “Barselona”da çıxış edən Ronaldinyo, 97 dəfə də Braziliya millisinin uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin