
Ronaldinyonun oğlu “Barselona”nın əsas komandasında
Ronaldinyonun oğlu “Barselona”nın əsas heyətində məşqlərə başlayıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “Barselona”nın baş məşqçisi Xavi Braziliya millisinin sabiq yarımmüdafiəçisinin oğlu Joao Mendesi əsas heyətə cəlb edib.
19 yaşlı yarımmüdafiəçi 2023-cü ilin martından Kataloniya klubundadır. O, əvvəllər “Kruzeyro”da oynayıb.
Onun “Barselona” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin