Ronaldinyonun anası vəfat etdi – koronavirusdan
Braziliyalı sabiq futbolçu Ronaldinyonun anası Migelina Eloi Dos Santos 71 yaşında koronavirusdan vəfat edib.
Komanda.az xəbər verir ki, Ronaldinyo bununla bağlı “tvitter” profilində qara foto qoyub.
Braziliya millisinin sabiq forvardı 2020-ci ilin dekabrında anasının koronavirusa yoluxduğunu bildirmişdi. Həmin vaxt Migelina Eloi intensiv terapiya şöbəsinə yerləşdirilmişdi.
Ronaldinyo karyerasını 2018-ci ildə başa vurub. Onun son klubu “Fluminense” olub. Keçmiş futbolçu 2005-ci ildə “qızıl top” mükafatını qazanıb. O, PSJ, “Barselona”, “Milan” kimi klublarda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin