Ronaldinyonun anası koronavirusa yoluxdu
Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyonun anası Miqelina dos Santos koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında məlumat verib. O, anasının reanimasiyada olduğunu bildirib:
“Anam koronavirusa yoluxub. Onun tezliklə sağalması üçün mübarizə aparırıq. O, reanimasiyadadır və bütün tibbi köməklə təmin edilir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin