Ronaldinyodan Enrikeyə: “Sən təkcə məşqçi deyilsən, həm də nümunəsən”

Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Ronaldinyo UEFA Çempionlar Liqasının finalında “İnter” üzərində 5:0 hesablı parlaq qələbə ilə PSJ-yə ilk dəfə Avropanın ən nüfuzlu kubokunu qazandıran baş məşqçi Luis Enrikeni təbrik edib.

Komanda.az xəbər verir ki, o, sosial şəbəkə hesabındakı paylaşımında Enrikenin yalnız taktiki bacarığını deyil, həm də insani keyfiyyətlərini vurğulayıb:

“Təbriklər, Luis Enrike! Sən dünyaya göstərdin ki, ən çətin sınaqlar qarşısında belə, möhkəm qalmaq mümkündür. Məhz sənin iradən bu gənc futbolçuları bütöv, yetkin və ruhlu bir komandaya çevirdi. Sən təkcə məşqçi deyilsən, həm də nümunəsən. Peşənə olan sədaqətin, ruhun və futbola göstərdiyin hörmət hər bir oyunçunun qəlbinə keçir. Ola bilər ki, bəziləri ilk dəfə sevdiyi işlə məşğul olmağın əsl xoşbəxtlik olduğunu sənin sayəndə anlayıb. Bu nümunəyə görə təşəkkür edirik. Sənin hekayən bizi mübarizəyə davam etməyə ruhlandırır”.

PSJ bu qələbə ilə klub tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button