“Messinin heç bir məsləhətə ehtiyacı yox idi” – Ronaldinyo

“Barselona”nın sabiq futbolçusu Ronaldinyo “İnter Mayami”nin hücumçusu Lionel Messi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əvvəldən Messini izlədiyini və onun ən yaxşı olacağına inandığını deyib:

“Mən, Deko və bütün “Barselona” heyəti Messini gənclər komandasından bəri izləyirdik, onun oyunlarını izləməyə gedirdik. Artıq onun ən yaxşı olacağına inanırdıq. Messinin heç bir məsləhətə ehtiyacı yox idi. Ona görə də ona verdiyim yeganə məsləhət bu idi: “Zövqlə və sərbəst oyna”. Yalnız topu ayağınızda saxlayın, qalanı təbii olacaq. Arzularını gerçəkləşdirən dostları görmək çox gözəldir. Bu, həqiqətən də məni xoşbəxt edir”.

Oktyabrın 30-da Fransanın “France Football” qəzeti tərəfindən son mövsümün mükafatlandırma mərasimi keçirilib. Səsvermənin nəticələrinə əsasən, “qızıl top” mükafatını “İnter Mayami”nin hücumçusu Lionel Messi alıb. Bu mükafat onun karyerasında səkkizinci olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button