Ronaldinyo: “Barselona”nın bu cür qələbələr qazanması ilə qürur duyuram”

“Barselona”nın sabiq futbolçusu Ronaldinyo kataloniyalıların cari mövsümdəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, braziliyalı keçmiş oyunçu “Barselona”nın bu cür qələbələr qazanması ilə qürur duyduğunu deyib:

“Barselona” yenidən sevinc üçün səbəb verən bir komandaya çevrilib. Komandanın bu cür qələbələr qazanması ilə qürur duyuram. Çətin illərdən sonra klub yenidən sevinə bilir”.

“Barselona” mövsüm başa çatmamış La Liqa çempionluğunu rəsmiləşdirib. Kataloniya təmsilçisi son turdan əvvəl “Real”ı 4 xal qabaqlayır.

Ronaldinyo 2003–2008-ci illər aralığında “Barselona”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button