Flik: “Arauxonun komandamda olmasını istəyirəm”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik müdafiəçi Ronald Arauxonun yanvardakı transfer pəncərəsində Kataloniya klubunu tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az AS-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı, Arauxonun ciddi zədələndiyini və ona qayğı göstərilməli olduğunu söyləyib:
“Mən burada olandan bəri davamlı söz-söhbətlər var. Peşəkar olmalısız. Ronald ciddi zədələnib və ona qayğı göstərilməlidir. O, geri dönüb və özünü son dərəcə peşəkar aparır. Belə şeylər haqqında danışmaq mənim işim deyil, amma mən onun komandamda olmasını istəyirəm. Ronald ən yaxşı müdafiəçilərdən biridir”.
Daha əvvəl “Yuventus”un 25 yaşlı uruqvaylı müdafiəçinin transferi üçün artıq “Barselona”ya ilk təklifi etdiyi bildirilirdi.
Bizi Facebook-da izləyin