Romen Bask “Neftçi”dən ayrılmasının səbəbini açıqladı
Fransalı futbolçu Romen Bask “Neftçi”dən ayrılmasının səbəbini açıqlayıb.
Komanda.az xəbər verir ki, bir neçə gün öncə Azərbaycan çempionu ilə vidalaşan və ölkəsinin “Şatoru” klubuna üz tutan yarımmüdafiəçi yerli mətbuata açıqlamasında bu ayrılığa ailə vəziyyətinin səbəb olduğunu bildirib:
27 yaşlı oyunçu Azərbaycanda özünü yalnız hiss etdiyini və kiçik qızı üçün çox darıxdığını söyləyib: “Həqiqətən legioner həyatı yaşamaq istəyirdim. “Neftçi”də çox gözəl anlar yaşadım, əla atmosferdə böyük matçlar keçirdim. Komandadan hər şey pis getdiyi üçün ayrılmadım. Yeganə səbəb, ölkə xaricində tək olmağım idi”.
Romen Bask “Neftçi”yə cari mövsümün əvvəlində ölkəsinin “Havr” klubundan transfer olunmuşdu. Paytaxt təmsilçisinin heyətində 12 oyun keçirən fransız futbolçu “Şatoru” ilə 3 illik müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin