Romario: “Mən həmişə düz bir insan olmuşam”

Futbolçu karyerasını bir müddət əvvəl həvəskar səviyyədə bərpa edən “Barselona”nın keçmiş hücumçusu Romario karyerası haqda danışıb.

Komanda.az EFE-yə istinadən xəbər verir ki, 58 yaşlı keçmiş futbolçu hər zaman təkcə uğurlara deyil, uğursuzluqlara da cavabdeh olduğunu bildirib:

“Mən həmişə düz bir insan olmuşam. Dünyanın ən yaxşısı olduğum zaman uğurlara da cavabdeh idim, uğursuzluqlara da”.

Romario “Barselona”da olarkən İspaniya çempionatının bombardiri və ölkə çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button