Romario klub prezidenti oldu

Braziliya yığmasının sabiq futbolçusu Romario ölkəsinin “Amerika” klubunun prezidenti olub.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Amerika” Braziliyanın ən köklü klublarından biridir. Komanda hazırda Rio-de-Janeyro əyalətinin Ali Liqasında – Karioka çempionatında mübarizə aparır.

Romario 1994-cü ildə Braziliya yığması ilə dünya çempionu olub. Əfsanəvi forvard karyerasında İspaniyanın “Barselona” və Niderlandın PSV klublarının da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button