Romario Ançelottini Braziliya millisində görmək istəmir: “Lənət olsun!”

Braziliya millisinin sabiq futbolçusu Romario “Real”ın baş məşqçisi Karlo Ançelottinin yığma komandanın “sükanı arxasına” keçməsini istəmir.

Komanda.az “O Globo”-ya istinadən xəbər verir ki, keçmiş futbolçu milli komandanın hazırda etibarlı əllərdə olduğunu bildirib:

“İlk növbədə Fernando Dinizi seçən Ednaldo Rodrigesi (Braziliya Futbol Federasiyasının prezidenti) təbrik etmək istəyirəm. Bu, bizim ən yaxşı məşqçimizdir. 2026-cı il dünya çempionatının seçmə mərhələsində onun klubda gördüyü işləri görməyə vaxtı yoxdur. Onun güclü tərəfi yaxşı məşqçilik etmək, oyunçuları komandaya çevirməkdir. O, əlindən gələni edir. Düşünürəm ki, milli komanda etibarlı əllərdədir.

Lənət olsun! Ançelotti? Dinizin sona qədər işləməsini istəyirəm”.

Bundan əvvəl Ançelottinin “Real”la müqaviləsi bitəndə – 2024-cü ilin yayında Braziliya millisinə rəhbərlik edəcəyi və həmin vaxta qədər Dinizin yığma komandada çalışacağı bildirilirdi.

Ançelottinin təyinatı baş tutsa, 64 yaşlı italiyalı mütəxəssis 1965-ci ildən sonra Braziliya millisinə rəhbərlik edən ilk əcnəbi olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button