Romario 58 yaşında karyerasını bərpa etdi
Braziliya millisinin keçmiş futbolçusu Romario karyerasını 58 yaşında bərpa edib.
Komanda.az “A Bola”-ya istinadən xəbər verir ki, o, oğlu ilə eyni komandada oynayacaq.
Romario prezidenti olduğu “Amerika Rio-de-Janeyro” ilə müqavilə imzalayıb. Veteran futbolçu bu klubda minimum maaş alacaq və onu da komandaya bağışlayacaq. “Amerika Rio-de-Janeyro”da Romarionun oğlu Romarinyo da forma geyinir.
Komanda hazırda D Seriyasında çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin