Romaonun “Qarabağ”a keçidinin detalları

“Qarabağ”ın yeni transferi Julio Romaonun Azərbaycan klubuna keçidinin təfərrüatları məlum olub.

Komanda.az “record.pt”-a istinadən xəbər verir ki, “köhlən atlar” braziliyalı yarımmüdafiəçini heyətinə cəlb etmək üçün klubu “Santa Klara”ya təzminat ödəyib. 24 yaşlı yarımmüdafiəçinin “Qarabağ”a keçməsi Portuqaliya klubuna təxminən 200-300 min avro qazandırıb. “Qarabağ”da 6 nömrəli formanı geyinəcək Romao özü isə yeni komandası ilə 4 illik müqavilə imzalayıb.

Julio Romao 2020-ci ilin yayından bəri “Santa Klara”nın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button