
Romanyoli paytaxt klubuna keçir
“Milan”ın keçmiş müdafiəçisi Alessio Romanyoli “Latsio”ya keçəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı italyan futbolçu Roma klubu ilə 5 illik müqavilə imzalayacaq.
Yaxın günlərdə Romanyoli tibbi müayinədən keçəcək.
Romanyoli ötən mövsüm “Milan”ın heyətində meydana çıxdığı 26 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin