Tottini qaytarırlar – Bu dəfə baş məşqçi kimi

“Roma”nın sabiq futbolçusu Françesko Totti kluba qayıda bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı keçmiş futbolçu “canavarlar”ın yeni baş məşqçisi ola bilər. Klubun yeni sahibi Dan Fridkin Tottini “Roma”nın baş məşqçisi kimi görmək istəyir. Tottinin klub rəsmiləri ilə bir neçə dəfə görüşdüyü, növbəti həftə Romaya gedərək, Fridkinlə də görüş keçirəcəyi deyilir.

Futbolçu karyerasını yalnız “Roma”da keçirən Totti, 2017-ci ildə komandadan ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button