“Roma”nın yeni hədəfi

İspaniyanın “Atletiko” klubunun hücumçusu Dieqo Koşta karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Roma” 31 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Canavarlar”ın idman direktoru Canluka Petrakinin də bu transferi dəstəklədiyi deyilir.

Madrid klubunun uyğun təklif qarşılığında Koştanın komandadan ayrılmasına mane olmayacağı bildirilir.

2018-ci ilin yanvarından “Atletiko”nun şərəfini qoruyan İspaniya millisinin üzvü, cari mövsümdə 19 oyunda iştirak edib. Onun klubla müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button