
“Roma”nın yeni baş məşqçisi məlum olub
Bu gün Joze Mourinyonu istefaya göndərən “Roma” artıq yeni baş məşqçi tapıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, komanda keçmiş yarımmüdafiəçi Daniele De Rossiyə tapşırılacaq.
De Rossi ən az bu mövsümün sonuna kimi A Seriyası təmsilçisinə rəhbərlik edəcək.
De Rossi 2002-2019-cu illərdə “Roma”da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 616 matça çıxıb, 63 qol vurub və 60 qolun ötürməsini verib. De Rossi karyerası ərzində yalnız SPAL-da (İtaliya) baş məşqçilik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin