Mourinyo onu istəmir – “Milan”a keçir

“Roma”nın və İtaliya milli komandasının üzvü Alessandro Florensi “Milan”a keçməyə yaxındır.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, klubların razılaşdığı və Florensinin yaxın zamanda “Milan”la rəsmi müqavilə imzalayacağı bildirilir.

Florensinin “Roma” ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir. Paytaxt təmsilçisinin baş məşqçisi Joze Mourinyonun planlarında yer almayan 30 yaşlı futbolçu da klubda qalmaq niyyətində deyil.

Florensi son mövsümü icarə əsasında Fransanın PSJ klubunda keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button