“Roma”nın türk legioneri bir aylıq sıradan çıxdı
İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Cengiz Ünderin Türkiyə yığmasının düşərgəsində zədə aldığını xəbər vermişdik.
Komanda.az xəbər verir ki, artıq 22 yaşlı futbolçunun durumuna aydınlıq gəlib.
Artıq “canavarlar”ın düşərgəsinə dönən yarımmüdafiəçi tibbi müayinələrdən keçib. Onun azı bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, “Roma”da Cengizdən başqa Leonardo Spinatsola, Davide Zappakosta və Dieqo Perotti də zədədən əziyyət çəkir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin