“Roma”nın sabiq futbolçusu yenidən İtaliyada
İtaliyanın “Udineze” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Uotford”dan Stefano Okakanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
29 yaşlı forvard icarə əsasında mövsümün sonuna qədər “Udineze”də forma geyinəcək.
Okaka cari mövsümdə “Uotford” formasıyla 3 qarşılaşmada iştirak edib.
Karyerası ərzində “Roma”, “Parma”, “Fulhem”,”Sampdoriya” kimi klublarda forma geyinən Okaka, 2016-cı ildən “Uotford”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin