“Məncə, o, dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri olacaq” – Totti
“Roma”nın sabiq futbolçusu Françesko Totti “Breşiya”nın yarımmüdafiəçisi Sandro Tonali haqda fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Totti, “instagram”da canlı yayım zamanı Tonalidən danışıb:
“Onu almaq üçün hər şeyi edərdim. Məncə, o, dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri olacaq. Möhtəşəm futbolçuda olmalı olan hər istedad onda var”.
19 yaşlı Tonali ilə “Yuventus”, “Çelsi”, “Mançester Siti”, “Arsenal”, “Napoli” kimi klublar yaxından maraqlanır. Müqavilə ilə “Breşiya”ya məxsus olan futbolçu İtaliya milli komandasının da üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin