Artıq “Roma”nın yeni sahibi var!

İtaliyanın “Roma” klubunun yeni sahibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Uzun müddətdir davam edən müzakirələrdən sonra Ceyms Palottaya məxsus klubun səhmləri Den Fridkinə satılıb. Bununla bağlı tərəflər arasında rəsmi müqaviləyə imza atılıb.

Klubun təhvil-təslim işlərinin avqustun 31-dək yekunlaşacağı bildirilir.

“Canavarlar”ın səhmlərinin Fridkinə 600 milyon avroya başa gəldiyi deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button