Xavi İtaliya klubunun təklifinə “yox” deyib

Daniele de Rossinin komandanın baş məşqçisi postundan istefa verməsindən sonra “Roma” bir neçə mütəxəssislə danışıqlar aparıb.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, söhbət Xavi Hernandes, Stefano Pioli və Françesko Fariolidən gedir.

“Roma” bu mütəxəssislərlə danışıqlar aparsa da, onların hamısından rədd cavabı alıb. Nəticədə, paytaxt komandasını “Udineze” ilə matça İvan Yuriç çıxarıb. Onun rəhbərliyi altında komanda 3:0 hesablı qələbə qazanıb.

“Roma” İtaliya çempionatının 5 turundan sonra 6 xal toplayaraq, turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button