“Roma”nın qapıçısında da koronavirus aşkarlandı
İtaliyanın “Roma” klubunun qapıçısı Antonio Mirante koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə 37 yaşlı qolkiper sosial şəbəkə hesabında məlumat yayıb.
O, hazırda karantində olduğunu və özünü yaxşı hiss etdiyini bildirib. Mirante tez bir zamanda komanda yoldaşları ilə məşqlərə başlayacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, italiyalı qapıçı 2017-ci ildə “Bolonya”dan “Roma”ya transfer olunub. O, 2019/20 mövsümündə A seriyasında 5 matçda 5 qol buraxıb.
Xatırladaq ki, bundan əvvəl “Roma”nın U-19 komandasının iki futbolçusu koronavirusa yoluxduğu məlum olub. Bu barədə “canavarlar”ın rəsmi saytı məlumat yaymışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin