“Roma”nın qapıçısı Fransa klubunda
Fransanın “Olimpik” (Marsel) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi İtaliyanın “Roma” klubunun qapıçısı Pau Lopesi heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı ispan qolkiper mövsümün sonuna qədər Marsel təmsilçisinin uğurları üçün çalışacaq. Mövsümün sonunda Fransa klubu futbolçunun transfer hüquqlarına da yiyələnə bilər.
Pau Lopes 2019-cu ildən “Roma”da çıxış edirdi. Qolkiper əvvəllər öz ölkəsində “Betis” və “Espanyol”da da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin