“Roma”nın oyunçusu “Fiorentina”da

“Roma”nın yarımmüdafiəçisi Edoardo Bove “Fiorentina”ya keçib.

Komanda.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

22 yaşlı futbolçu A Seriyası təmsilçisində icarə əsasında oynayacaq. 1 il müddətinə nəzərdə tutulan müqaviləyə birdəfəlik transfer bəndi də daxildir.

Ötən mövsüm Edoardo Bove “Roma”nın heyətində 45 oyuna çıxıb, 1 qol vurub və 2 qolun ötürməsini verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button