“Roma”nın legioneri ölkəsində ilin ən yaxşısı elan edildi

Özbəkistanda 2021-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, hazırda İtaliyanın “Roma” klubunda forma geyinən Eldor Şomurodov ölkəsində ilin ən yaxşı oyunçusu seçilib.

Bu barədə Özbəkistan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. O, jurnalistlər arasında keçirilmiş sorğu nəticəsində ən yaxşı futbolçu elan olunub.

Özbəkistan millisinin də formasını geyinən Şomurodov, bu ilin yayından “Roma”da çıxış edir. 26 yaşlı forvardı paytaxt təmsilçisində indiyə qədər meydana çıxdığı 23 oyunda 3 qola imza atıb. O, daha öncə “Cenoa”, “Rostov”, “Bunyodkor” və “Məşəl” klublarının da formasını geyinib. Eldor millidə keçirdiyi 51 oyunda da 22 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button