“Roma”nın istəyib, ala bilmədiyi futbolçular

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri klubun yaxınlarda “Milan”a keçən Kayl Uolkeri və PSJ-dən Randal Kolo-Muanini almağa çalışdığını açıqlayıb.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, Kolo-Muanini istədiklərini, ancaq ədalətli oyun qaydalarına görə bunun mümkün olmadığını bildirib:

“Mən də, prezidentimiz də Kolo-Muanini istədi, ancaq ədalətli oyun qaydalarına görə bu mümkün olmadı. Eyni şey Kayl Uolkerə də aiddir. Maaşlar üçün pul yox idi”.

Kolo-Muani “Yuventus”a keçib və artıq A Seriyasının 3 oyununda 5 qol vurub.

“Roma” A Seriyasında növbəti matçını bazar günü “Venesiya” ilə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button