
Şomurodov Türkiyə klubuna keçir
“Roma”nın hücumçusu Eldor Şomurodovun “Başakşəhər”ə keçidi yaxınlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq danışıqların aktiv mərhələsini yekunlaşdırıb və hazırda son formal məsələlər üzərində işləyirlər.
İtaliya təmsilçisi 30 yaşlı Şomurodovu satmaq niyyətindədir və ondan 7-8 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Özbək futbolçu 2024/25 mövsümündə bütün klub turnirlərində 37 oyuna çıxaraq, 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Roma” ilə müqaviləsinin müddəti 30 iyun 2026-cı ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin