“Roma”nın futbolçusu zədəsini sağaldıb

“Roma”nın müdafiəçisi Kris Smollinq ümumi qrupla məşqlərə qayıdıb.

Komanda.az “Tempo”-ya istinadən xəbər verir ki, 34 yaşlı futbolçu Avropa Liqasının pley-off mərhələsində “Feyenoord”a qarşı keçirəcəkləri səfər matçı üçün romalıların heyətində yer alacaq. 

Xatırladaq ki, cari mövsümdə Smollinq zədə səbəbindən cəmi üç matçda iştirak edib.

“Feyenoord” – “Roma” qarşılaşması bu gün saat 21:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button