“Roma”nın futbolçusu Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb

“Roma”nın müdafiəçisi Kris Smollinq karyerasını Səudiyyə Ərəbistanının “Əl-Faiha” klubunda davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu bazar ertəsi tibbi müayinədən keçəcək və yeni klubu ilə 2026-cı ilə qədər olan müqavilə imzalayacaq.

Smollinq “Roma”nın heyətində 155 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə verib. O, İtaliya klubu ilə 2024/2025 mövsümünün sonuna qədər qüvvədə olan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button