
“Roma” onu itirdi – azı 2 ay olmayacaq
“Roma”nın futbolçusu Lorenso Pelleqrini sıradan çıxıb.
Komanda.az xəbər verir ki, İtaliya A Seriyasının 6-cı turunun “Leççe” ilə oyununda zədələnən yarımmüdafiəçi əməliyyat olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Pelleqrini ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
“Leççe” – “Roma” matçı qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin