
Mourinyo: “Futbola yeni ad tapmalıyıq”
“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya A Seriyasının 24-cü turunda “Cenoa”ya qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, İtaliya mətbuatına açıqlama verən Mourinyo, 0:0 hesabıyla bitən matçla bağlı danışarkən, hakimləri tənqid edib:
“Hakimin verdiyi qərar düzgündürsə, deməli, illərdir sevdiyimiz futbol dəyişib. Temmi Abrahamın etdiyi cərimə idisə, deməli, bu, başqa idman növüdür, futbol deyil. Futbola yeni ad tapmalıyıq”.
“Roma”nın matçın 90-cı dəqiqəsində vurduğu qol VAR-a (video köməkçi hakim) baxıldıqdan sonra ləğv edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin