Adını De Rossi qoyub, sərgiyə göndərirlər FOTO

“Roma”nın əfsanəvi futbolçusu Daniele De Rossinin “Boka Xuniors”a transfer olunduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, bir argentinalı fermer yarımmüdafiəçinin şərəfinə buzovunun adını De Rossi qoyub. Bu barədə “Clarin Rural” nəşri məlumat yayıb.

Hektor Maria adlı fermer bu qərarı haqda danışaraq, oğlu Fransiskonun qatı “Boka Xuniors” azarkeşi olduğunu və bu səbəbdən də buzovuna De Rossi adını qoyduğunu deyib.

De Rossi adlı buzov, avqustun 1-də Argentinanın paytaxtı Buenos-Ayresin qəsəbəsi olan Palermoda keçiriləcək kənd sərgisində iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button