“Roma”nı ömürlük tərk etməkdənsə, ölməyi üstün tutaram”

“Roma”nın sabiq hücumçusu Françesko Totti İtaliya klubundan ayrılması barədə danışıb.

Komanda.az “Sky Sport İtalia”-ya istinadən xəbər verir ki, o, məsələ ilə bağlı bir ay düşündüyünü deyib:

“Roma”nı tərk etmək mənim üçün çox çətin oldu. Bu barədə qərar vermək üçün bir ay düşündüm. Həmin dövrdə klubun bir parçası deyildim. Əksinə, özümü komandanın talismanı hiss edirdim.

Başa düşürdüm ki, kluba sadəcə müdaxilələr edirəm. Fikrimi bildirməklə bağlı heç kim mənə icazə verməmişdi. “Roma”nı ömürlük tərk etməkdənsə, ölməyi üstün tutaram.

Klubdan öz istəyimlə ayrılacağımı düşünməmişdim. Çünki “Roma” mənim ailəm idi”.

İtaliyalı keçmiş futbolçu klub karyerasını yalnız “Roma”da keçirib (1992-2017). O, “canavarlar”ın heyətində 785 oyuna çıxıb, 307 qol vurub və 209 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button