“Roma”dan Mxitaryanla yeni müqavilə

İtaliyanın “Roma” klubu yarımmüdafiəçisi Henrix Mxitaryanla müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

32 yaşlı erməni futbolçu ilə müddəti 2022-ci ilin yayına qədər olan yeni müqavilə imzalanıb. Tərəflər arasındakı əvvəlki anlaşmanın müddəti bu ayın sonunda başa çatacaqdı.

Mxitaryan “Roma”ya 2019/20 mövsümündə London “Arsenal”ından icarə əsasında keçmişdi. Geridə qalan mövsümün əvvəlində isə o, İngiltərə klubu ilə müqaviləsinə xitam verərək, “canavarlar”la bir illik müqavilə imzalamışdı.

2020/21 mövsümündə “Roma”nın heyətində bütün turnirlər çərçivəsində 46 oyuna çıxan yarımmüdafiəçi, 15 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button