“Roma”dan 34 yaşlı futbolçuya yeni müqavilə təklifi

İtaliyanın “Roma” klubu müdafiəçisi ilə bağlı qərarını verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “canavarlar”Aleksandr Kolarovla müqavilənin müddətini uzatmağa yaxındır. Paytaxt klubu müqaviləsi cari mövsümün sonunda bitəcək 34 yaşlı futbolçuya daha bir illik müqavilə təklif edib.

Tərəflər arasında yeni müqavilə imzalanmasa, Kolarov qış fasiləsində istədiyi klubla danışıqlar apara bilər.

2017-ci ildə “Mançester Siti”dən transfer olunan serbiyalı müdafiəçi, cari mövsümdə iştirak etdiyi 22 oyunda 5 qol, 3 məhsuldar ötürməylə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button