Pedro İngiltərəni İtaliyaya dəyişə bilər
“Çelsi” ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq Pedro Rodriges karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ispan hücumçu “Roma”nın maraq dairəsindədir. “Canavarlar” Pedroya rəsmi müqavilə təklif etməyə hazırdır. Məlumata görə, “Roma” hücumçuya illik 2,7 milyon funt-sterlinq məvacib təklif edəcək.
32 yaşlı futbolçu 2015-ci ildən “Çelsi”nin şərəfini qoruyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin