Təklifə bax… – 2 illik müqavilə, kapitanlıq sarğısı, 10 nömrəli forma

İtaliyanın “Roma” klubu futbolçusu Lorenso Pelleqrini ilə bağlı qərarını verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “canavarlar”, 23 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq qərarına gəlib. Paytaxt klubunun Pelleqrininin müqaviləsini daha iki il müddətinə artırmaq istədiyi, eyni zamanda, sözləşmədəki “30 milyon avroya sərbəst qalır” bəndini çıxarmaq niyyətində olduğu bildirilir.

Bundan başqa, futbolçuya kapitanlıq sarğısının, həmçinin “Roma”nın əfsanəsi hesab edilən Françesko Tottinin geyindiyi 10 nömrəli formanın verilməsi də mümkündür.

2017-ci ildən “Roma”da çıxış edən italiyalı futbolçunun müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 14 oyunda 1 qol, 9 məhsuldar ötürməylə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button