
“Roma”dan ayrılır, vətəninə qayıdır
“Roma”nın futbolçusu Aleksandr Kolarov yayda klubu tərk edə bilər.
Komanda.az xəbər verir ki, 33 yaşlı müdafiəçi karyerasını vətənində – Serbiyada davam etdirmək niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Son Serbiya çempionu “Srvena Zvezda” klubu Kolarovla yaxından maraqlanır. “Roma” ilə 2020-ci ilin yayına qədər müqaviləsi olan Kolarovun növbəti mövsümdə Serbiya təmsilçisində forma geyinəcəyi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin