“Roma”dan ayrıldı, Qətər klubu ilə müqavilə imzaladı
Futbol üzrə Fransa yığmasının sabiq yarımmüdafiəçisi Stiven Nzonzi özünə yeni iş yeri tapıb.
Komanda.az xəbər verir ki, 32 yaşlı futbolçu bundan sonrakı karyerasını Qətərdə davam etdirəcək.
O, bu ölkənin “Əl-Rayyan” klubu ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı futbolçu yeni komandasında 88 nömrəli formanı geyinəcək.
Nzonzi 2018-ci ildən “Roma”da çıxış edirdi. Lakin o, bu komandada möhkəmlənə bilmədiyi üçün 2019/20 mövsümündə “Qalatasaray”da, ötən mövsüm isə “Renn”də icarədə oynayıb. Artıq “Roma” ilə birdəfəlik vidalaşan yarımmüdafiəçi, “Əl-Rayyan”a azad agent kimi transfer olunub. O, əvvəllər “Amyen”, “Blekbern”, “Stok Siti” və “Sevilya”da da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin