“Roma”dan ayrılan futbolçu “Napoli”yə keçib

İtaliya millisinin müdafiəçisi Leonardo Spinazzola “Napoli”yə keçib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun maraqlarını təmsil edən agent Davide Lippi “Napoli” ilə müqavilə imzaladıqlarını bildirib:

“Napoli” ilə yeni müqavilə imzalamışıq. Bu, səhər baş verdi”.

Daha əvvəl xəbər verilmişdi ki, italiyalı futbolçu “Napoli” ilə 2026-cı ilin yayına qədər olan müqavilə bağlamağa razılaşıb.

Spinazzolanın əvvəlki klubu 2019-cu ilin iyulundan bəri çıxış etdiyi “Roma” olub. O, 2023/24 mövsümündə romalıların heyətində bütün yarışlarda 36 matçda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

31 yaşlı müdafiəçi 2023/24 mövsümünün sonunda müqavilə müddəti başa çatdığı üçün “Roma”dan ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button