![](https://komanda.az/wp-content/uploads/2023/06/dibala.jpeg)
“Roma”da ciddi itki
“Roma”nın hücumçusu Paulo Dibala Avropa Liqasının pley-off mərhələsində “Portu” ilə matçda zədələnib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı forvard birinci hissənin sonunda əvəzlənib. Onun zədəsinin ciddiliyi hələlik məlum deyil.
Dibala 2022-ci ildə “Yuventus”dan azad agent kimi paytaxt komandasının sıralarına qoşulub. O, bu mövsüm 29 matçda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.
31 yaşlı forvardın “Roma” ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub və onun bazar dəyəri 8 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin