“Roma” yarıda qalmış matçı qalib başa vurdu

İtaliya A Seriyasının 32-ci turunun yarıda qalmış “Udineze” – “Roma” matçı nəhayət ki, yekunlaşıb.

Komanda.az xəbər verir ki, bu gün qarşılaşma qaldığı yerdən davam etdirilib.

Aprelin 14-də keçirilmiş bu görüş 73-cü dəqiqədə qonaq komandanın müdafiəçisi Evan Ndikanın meydanda halının pisləşməsi səbəbindən hesab 1:1 olarkən yarıda dayandırılmışdı. Bu gün matçın qalan 18 dəqiqəsi oynanılıb. Daha bir qol vuran “Roma” səfərdən 3 xalla qayıdıb.

Bu nəticədən sonra “Roma” 58 xalla 5-ci, “Udineze” 28 xalla 17-cidir.

İtaliya A Seriyası
32-ci tur

25 aprel

Udineze – Roma 1:2
Qollar
: Pereyra – 23 – Lukaku, 64. Kristante, 90+5.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button