“Roma” İngiltərə klubunun hücumçusunu transfer edib

“Roma” “Aston Villa”nın hücumçusu Leon Beyli ilə müqavilə imzalayıb.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, yamaykalı futbolçu paytaxt təmsilçisinə icarə əsasında qoşulur, sonradan isə daimi transfer imkanı mövcuddur.

İcarə haqqı 3, tam transfer isə 22 milyon avro təşkil edəcək.

28 yaşlı forvard ötən mövsüm İngiltərə Premyer Liqasında 24 matçda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button